İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb

Cəbhəboyu zonada yerləşən bölmələrdəki mövcud şərait yoxlanılıb

15.08.2017

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən baş nazirin birinci müavini Yaqub Eyyubov və müdafiə naziri general-polkovnik Zakir Həsənovcəbhəboyu zonada mövcud olan vəziyyətlə yerində tanış olmaq məqsədilə ön xətdə yerləşən bölmələrdə olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, düşmənlə qarşıdurma xəttindəki bölmələrdə hərbi quluqçularla görüşən rəhbər heyətə döyüş şəraiti barədə məruzə edilib.

Baş nazirin birinci müavini və müdafiə naziri şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, onların qidalanması, əsgər yataqxanaları, sosial-məişət şəraiti və digər hərbi obyektlərlə tanış olublar.

Dövlətimizin başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirən rəhbər heyət burada hərbi qulluqçular üçün yaradılan şəraiti yüksək qiymətləndirib və şəxsi heyətlə birlikdə nahar edib.

Cəbhənin ön xəttində  səfərdə olan Baş Nazirin birinci müavini və Müdafiə naziri  həmçinin burada yeni inşa edilən hərbi şəhərcikdə yerinə yetirilən işlərin gedişatını da yoxlayıblar.

Məruzə edilib ki, hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargah, əsgər yataqxanaları, yeməkxana, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə kompleksləri, tibb məntəqəsi və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Görülən işlərə baxış keçirildikdən sonra, inşaat işlərinin keyfiyyətli yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.