İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Məmmədyarov: Ermənistan XİN rəhbəri ilə görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər

Məmmədyarov: Ermənistan XİN rəhbəri ilə görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tuta bilər

06.09.2017

Bakı Ankara və Tbilisini münaqişələrin həll olunması üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırıb.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən brifinq zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə hər üç ölkənin yanaşması üst-üstə düşür: “Şübhəsiz ki, biz münaqişələrin diplomatik yolla həll olunmasının tərəfdarıyıq. Münaqişə məsələləri bütün beynəlxalq təşkilatlarda müzakirə olunur və fikrimcə, biz bu məsələdə əməkdaşlığı daha da genişləndirməliyik”.

E.Məmmədyarov qeyd edib ki, GUAM üzv ölkələrinin ərazilərindəki həll olunmamış münaqişələrlə bağlı məsələ BMT Baş Assambleyasının növbəti sessiyasının gündəliyinə çıxarılıb. Nazir əlavə edib: “Dağlıq Qarabağ münaqişəsinin həlli siyasi qərarın qəbul olunmasını tələb edir”.

Nazirin sözlərinə görə, onun Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla görüşü planlaşdırılır, amma görüşün dəqiq tarixi hələlik bəlli deyil: “Ola bilər ki, görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutsun”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Görüşün gündəliyinə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi və digər məsələlər daxil olub.