İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: "Ermənistan danışıqların uzadılmasında maraqlıdır"

Prezident İlham Əliyev:

08.09.2017

Prezident İlham Əliyevsentyabrın 8-də ATƏTParlament Assambleyasının (PA) sədri, xanım Kristin Muttoneni qəbul edib.

APA-nın məlumatına görə, ATƏT-in Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun Azərbaycandakı nümayəndəsinin bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd edib. ATƏTParlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd edib, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğulayıb.

Azərbaycanda son vaxtlarda irəli sürülən təşəbbüslər və həyata keçirilən layihələr barədə danışan prezident İlham Əliyev bunun, eyni zamanda, beynəlxalq əməkdaşlığa da töhfə verdiyini qeyd edib. Dövlət başçısı ölkəmizin artıq multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində bir mərkəzə çevrildiyini vurğulayaraq Azərbaycanda vaxtaşırı olaraq müxtəlif beynəlxalq təşkilatların iştirakı ilə böyük tədbirlərin keçirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunan prezident İlham Əliyev Azərbaycanın bu münaqişənin sülh və danışıqlar yolu ilə ədalətli həlli istiqamətində səylərini əsirgəmədiyini, Ermənistan tərəfinin isə danışıqlar prosesinin uzadılmasında maraqlı olduğunu deyib.

Dövlət başçısı təhsil məsələlərindən danışaraq bunun uşaqlar və gənclərin inkişafı üçün mühüm amil olduğunu deyib. Hər yeni dərs ili ərəfəsində Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir edilmiş məktəblərlə yaxından tanış olduğunu deyən prezident İlham ƏliyevAzərbaycanda təhsilin keyfiyyətinin də getdikcə artdığını, bu sahənin ölkəmizin prioritetləri sırasında yer aldığını vurğuladı, müstəqillik illəri ərzində respublikamızda əhalinin savadlılığını 100 faizə yaxın səviyyədə saxlamağa nail olduğumuzu qeyd edib.

Azərbaycan prezidenti bu səfərin uğurlu və səmərəli olacağına əminliyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.