İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

General: “Azərbaycanın hərbi potensialının artmasından işğalçı Ermənistan təşvişə düşür”

General: “Azərbaycanın hərbi potensialının artmasından işğalçı Ermənistan təşvişə düşür”

13.09.2017

“İşğalçı Ermənistan Azərbaycanın hərbi potensialının artmasından təşvişə düşür”.

APA-nın xəbərinə görə, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına cavab olaraq hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib:  

“Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir. Düşmən ölkənin istifadəsində olan PUA-ların kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki, qaldı Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir.

Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır”.