İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiyalı ekspert: "Qarabağ münaqişəsi Moskva-Bakı əməkdaşlığının möhkəmlənməsinə mane olur"

Rusiyalı ekspert:

14.09.2017

"Dağlıq Qarabağ münaqişəsində "status-kvo"nun saxlanması Rusiyanı qane etmir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı politoloq, Geosiyasi Ekspertiza Mərkəzinin sədri Aleksandr Duqin bildirib. 

Onun sözlərinə görə, Qarabağ münaqişəsi Moskva və Bakı arasında əməkdaşlığın möhkəmlənməsinə mane olur: "Lakin Rusiya bu münaqişədə sülhməramlı kimi çıxış edir. Mövcud vəziyyətin qorunub saxlanması Moskvanı qane etmir. Bu münaqişənin hərb yolu ilə həlli yoxdur".

Münaqişənin həlli yollarından danışan siyasi ekspert danışıqlar prosesində irəli addım atmağın vacib olduğunu qeyd edib: "Sözsüz ki, Ermənistan ilk növbədə işğal altındakı beş rayonu geri qaytarmalıdır. Bundan sonra danışıqları yenidən davam etdirmək lazımdır".  

A. Duqin Rusiya və bütün dünya ictimaiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb: "Baxmayaraq ki, bu gün Qarabağa Ermənistan nəzarət edir, Rusiya və bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan bu gün möhkəmlənir. Regionda qüvvələr balansı dəyişir".