İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səfir: “Əfqanıstan Ermənistanın işğalını qətiyyətlə pisləyir”

Səfir: “Əfqanıstan Ermənistanın işğalını qətiyyətlə pisləyir”

19.09.2017

Bakıda Əfqanıstan İslam Respublikasının müstəqilliyinin 98-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə millət vəkilləri, səfirlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Məhəmməd Taqi Xəlili bildirib ki, bu gün Əfqanıstanda region tərəfdaşlarımız və beynəlxalq mütəffiqlərimizlə birlikdə əzmkarlıqla əldə etdiyimiz irəliləyişin növbəti ildönümünü qeyd edirik.

Günbəgün biz Əfqanıstan-Azərbaycan münasibətlərini inkişaf etdiririk və ilbəil daha böyük məsafə qət edirik:

“Şübhəsiz, ölkələrimiz bu əməkdaşlıq illərində daha da möhkəmlənmiş, böyük xalqlarımız arasında qardaşlıq güclənmişdir. Dostluğumuz qarşılıqlı hörmətə və anlayışa söykənir.

Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin sadiq tərəfdaşıdır. Əsl dost kimi imkanı olan bütün resurslarını bizə təqdim edib: təhlükəsizlik və hərbi yardım, təlim və maliyyə dəstəyi, ordumuzun inkişafı naminə Əfqanıstan Milli Ordusunun yardım Fonduna ianələri, ölkəmizin istər regional istərsə də qlobal iqtisadiyyata inteqrasiyasına kömək olmaq məqsədilə siyasi islahatların aparılmasına məsləhətləri bu qəbildəndir.

Azərbaycanın “Asiyanın Ürəyi-İstanbul Prossesi”ində oynadığı vacib rol, xüsusilə bu ilin dekabrında keçiriləcək Nazirlər Şurasının iclasına ev sahibliyi edəcəyi bir daha Azərbaycanın Əfqanıstana olan davamlı öhdəliyinin təzahürüdür. 

Dəyərlərimizdəki oxşarlıq, əlaqələrimizi yaxşılaşdırma səylərimizi davam etdirməyə sövq edir; Bu bizim terrorizmə qarşı olan vahid mövqeyimizə də aiddir. Qlobal təhlükə və maneəni aradan qaldırmaq istəyimiz kimi. 

Əfqanıstan Ermənistanın işğalını qətiyyətlə pisləyir, bu məsələdə Azərbaycanın yanında olmaq qürurvericidir. Əlaqələrimizdəki dostluq ruhuna görə mənim vətənim və Mən minnətdar olmaya bilmərəm. İllər boyu bütün vasitələrlə, Əfqan xalqının güclü, daha yaxşı gələcək naminə çıxdığı səfərində Azərbaycan xalqı bizə kömək olub və bu dəstək davam edir. 

Verilən imkandan istifadə edərək, buradan  Prezident İlham Əliyevə, Azərbaycan hökümətinə və xalqına bizim mütəffiqliyimizə verdiyi möhkəm dəstəyə görə təşəkkür etmək istəyirəm.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Əfqanıstan dövlətini və xalqını təbrik edib. Bildirib ki, iki ölkə qədim əlaqələrə malikdir, Əfqanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. O deyib ki, son illər iki ölkənin əlaqələrinin bütün sahələrdə inkişafı istiqamətində addımlar atılır. Əlaqələrin inkişafında qarşılıqlı səfərlər və imzalanmış sənədlər mühüm rol oynayır. M.Qurbanlı Dağlıq Qarabağ mübaqişəsində tutduğu mpvqeyə görə Əfqanıstan dövlətinə və xalqına təşəkkürünü bildirib. İki dövlətin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini əlavə edib.