İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə kitab nəşr edilib

Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə kitab nəşr edilib

25.09.2017

Litvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra kitablar nəşr edilib.

Bu barədə Trend-ə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Cari ilin sentyabr ayında litvalı jurnalist Qintaras Visotskasın yazdığı “Трагедия Чёрного Сада” (Qara Bağın Faciəsi) adlı kitab və jurnalist Leonas Yurşanın yazdığı “Решения политиков, изменившие судьбы народов” (Siyasətçilərin xalqların talelərini dəyişdirmiş qərarları) adlı kitabça litva dilindən rus dilinə tərcümə olunaraq nəşr edilib.

Kitablarda ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza iki əsr öncə Türkiyə və İran ərazilərindən köçürüldüyü əks edilərək, son yüz il ərzində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə, kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunub. Litvalılar tərəfindən yazılan bu kitablar Litva ictimaiyyəti və oxucuları tərəfindən maraqla qarşılanıb.

2015-ci ildən başlayaraq bir sıra litvalı politoloqlar və tarixçilər tərəfindən litva dilində yazılmış “Dağlıq Qarabağ münaqişəsi: həlli yolları axtarışında” adlı kitab, tarixçi-alim Alqimantas Liyekis tərəfindən yazılmış “Millətlərin Qafqazda köçü 20-ci əsr” adlı kitab, jurnalist Qintaras Visotskas tərəfindən yazılmış “Qara Bağın Faciəsi” adlı kitab və jurnalist Leonas Yurşa tərəfindən yazılmış “Siyasətçilərin xalqların talehlərini dəyişdirmiş qərarları” adlı kitabçanın Litva siyasətçiləri və ictimai xadimləri arasında paylanılması və kitabxanalara verilməsi, “elibrary.lt” elektron kitabxanasında yerləşdirilməsi erməni uydurmalarının ifşa olunmasında və Litva ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsinə baxımında xeyli dönüş yaradıb.

Bir müddət öncə tarixçi-alim A.Liyekisin “Millətlərin Qafqazda köçü 20-ci əsr” adlı kitabının rus dilində nəşri də işıq üzü görüb.