İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər

Dağlıq Qarabağ məsələsi MDB xarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər

04.10.2017

Dağlıq Qarabağ məsələsi MDBxarici işlər nazirlərinin Soçi görüşündə müzakirə oluna bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinq zamanı “Xarici işlər nazirlərinin Soçi görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirəsi gözlənilirmi” sualına cavabında deyib.

Lakin o bildirib ki, bunu dəqiqləşdirmək lazımdır: “Belə bir müzakirənin keçirilməsi istisna deyil, amma dəqiqləşmə tələb edir. Mən dəqiqləşdirəcəyəm”.

Qeyd edək ki, MDB ölkələri xarici işlər nazirlərinin görüşü oktyabrın 10-da keçiriləcək.