İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Deputat: Azərbaycan Ermənistanın dəstəklədiyi terror təşkilatlarından əziyyət çəkir

Deputat: Azərbaycan Ermənistanın dəstəklədiyi terror təşkilatlarından əziyyət çəkir

12.10.2017

Ermənistan tərəfindən dəstəklənən terror təşkilatlarından böyük əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə aktiv mübarizə aparır.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) “Bəşəriyyətə qarşı cinayətləri təqib etmək və cəzalandırmaq, İŞİD tərəfindən həyata keçirilən mümkün soyqırım aktları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

Azad Demokratlar Qrupu adından çıxış edən millət vəkili qeyd edib ki, terrorla mübarizədə ikili standartlara yol verilməməlidir:

"Mən bir müddət öncə Türkiyənin İraq və Suriya sərhədində İŞİD zülmündən qaçaraq canını zorla qurtarmış qaçqınlarla görüşdüm. İraq türkmənlərinin təmsilçiləri, İraq Türkman Cəbhəsi rəsmiləri İŞİD-in İraqda türkmənlərinin yaşadığı bölgələrdə etdikləri dəhşətverici cinayətlərdən bəhs etdilər və AŞ PA da daxil olmaqla, beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən İŞİD ilə mübarizə məsələsində onlara dəstək verilmədiyini söylədilər".

Q.Paşayeva qeyd edib ki, əhalisinin böyük hissəsi müsəlman olan Azərbaycan da İŞİD-lə mübarizədə ciddi addımlar atmaqdadır:

"Çünki biz terror təşkilatlarına qarşıyıq və Ermənistan tərəfindən dəstəklənın terror təşkilatlarından böyük zərərlər görmüş bir ölkə olaraq Azərbaycan bütün terror təşkilatları ilə sərt mübarizə aparır. İŞİD beynəlxalq bir terror təşkilatıdır. Bu təşkilatın sıralarında müxtəlif millətlərdən və fərqli dinlərdən insanlar var. Bu səbəbdən İŞİD-i müsəlmanlardan ibarət bir terror təşkilatı olaraq görmək və müsəlmanlara qarşı mənfi fikir yaratmaq istəyənlərə də fürsət verməməliyik. Bu gün dünyadakı münaqişələrin azalması üçün mədəniyyətlər və dinlərarası dialoqun artmasına ehtiyacımız var. Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün bütün Avropa ölkələri bu sahədə İslam ölkələri ilə əməkdaşlığını artırmalıdır. Bu gün ehtiyac duyduğumuz tək şey dialoq və əməkdaşlıqdır”.