İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çexiya vətəndaşlarını Dağlıq Qarabağa və Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb

Çexiya vətəndaşlarını Dağlıq Qarabağa və Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb

12.08.2014

Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb.

APA-nın Çexiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarla əlaqədar həmin ərazilərə getmək məsləhət görülmür. XİN-dən bildirilib ki, Çexiyanın Bakı və İrəvandakı səfirlikləri Dağlıq Qarabağ ərazisində və ətraf ərazilərdə Çexiya vətəndaşlarına konsulluq yardımının göstərilməsini təmin edə bilməz.