İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sarkisyan: “Cəbhədə gərginliyin daha da azaldılması ilə bağlı anlaşdıq”

Sarkisyan: “Cəbhədə gərginliyin daha da azaldılması ilə bağlı anlaşdıq”

16.10.2017

“Biz cəbhə xəttində ölüm hallarının olmaması, gərginliyin daha da azaldılması üçün tədbirlərin görülməsi ilə bağlı anlaşdıq. Azərbaycan prezidenti və mən bu məsələdə çox maraqlıyıq”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra yerli erməni icması ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyan deyib.

O bildirib ki, Azərbaycan prezidenti problemin mürəkkəbliyini çox yaxşı dərk edir.