İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər Azərbaycan vətəndaşı itkin düşüb

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər Azərbaycan vətəndaşı itkin düşüb

19.10.2017

AMEA Hüquq və İnsan Haqları İnstitutunda "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransın təşkilatçıları Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və "Həsrət yolu" əsir və girovlara kömək ictimai birliyidir.

İctimai birliyin sədri Esmira Orucova bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər Azərbaycan vətəndaşı itkin düşüb: "İtkin düşmüş şəxslərin 3123 nəfəri hərbçi, 745 nəfəri mülki şəxs, 62 nəfəri uşaq, 262 nəfəri qadın, 302 nəfəri isə qocadır. Sübutlara, hətta azad edilmiş ailə üzvlərinin və yaxınlarının şahidlik etmələrinə baxmayaraq, 873 nəfər hüququ pozulmuş şəkildə bu gün də qarşı tərəfdə saxlanılır".

E. Orucova qeyd edib ki, 1437 nəfər əsir və girovluqdan azad edilib.

Konfransda 2014-cü ildə öz doğma torpaqları Kəlbəcərə ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi diqqətə çatdırılıb. Bildirilib ki, onlar heç bir hüquqi əsas olmadan, tanınmamış qondarma rejim tərəfindən "mühakimə" ediliblər.

Konfransda diplomatik korpusun nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Tədbir çıxışlarla davam etdirilib.