İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət edirlər

Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət edirlər

 

 

 

 

12.08.2014

Türkiyə vətəndaşları ermənilərə qarşı döyüşmək üçün Azərbaycan Müdafiə Nazirliyinə (MN) müraciət edirlər.

APA-nın məlumatına görə, artıq xeyli Türkiyə vətəndaşı tərəfindən Azərbaycan Müdafiə Nazirliyinə qurumun rəsmi internet saytı vasitəsi ilə müraciətlər daxil olub. Müraciətlərdə Ermənistanın cəbhədəki təxribat xarakterli addımları pislənilib, Azərbaycan dövlətinə dəstək ifadə olunub. Müraciət edənlər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşmələrinə şərait yaradılmasını istəyiblər.   

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl, qoşun komandanları da Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova telefon açaraq cəbhədə baş verən hadisələrlə maraqlanıb, şəhid olmuş əsgərlərlə bağlı müdafiə nazirinə və Azərbaycan xalqına başsağlığı verib, Azərbaycana dəstəklərini ifadə ediblər.