İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xarici işlər nazirinin müavini: "Ermənistan reallıqla barışsa, Qarabağ münaqişəsi həllini tapa bilər"

Xarici işlər nazirinin müavini:

24.10.2017

"Azərbaycanın BMT-yə üzvlüyünün ilk illəri Ermənistanın ölkəmizə təcavüzü ilə üst-üstə düşüb. Bu gün də Ermənistanın işğalı Azərbaycanın dayanıqlı inkişafına mane olan əsas səbəbdir".

APA-nın məlumatına görə, bunu bu gün BMT-nin yaradılmasının 72-ci ildönümü - BMT Günü və BMT-Azərbaycan münasibətlərinin 25 illiyinə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini  bildirib.

“Əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasını tələb eldən 4 qətnaməsi hələ də icra olunmayıb. Bu münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapa bilər. Ermənistan nə qədər tez mövcud reallıqla barışsa, öz qüvvələrini işğal olunmuş rayonlardan çıxarsa, Dağlıq Qarabağ münaqişəsi bir o qədər tez həllini tapa bilər. Münaqişənin həllindən region ölkələri də faydalanar", - deyə o vurğulayıb.