İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Milli Assambleya sədri: Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləyəcək

Milli Assambleya sədri: Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləyəcək

25.10.2017

Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləməyə davam edəcək.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Pakistanın Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşdə deyib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevnin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Ə.Əlizadə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu qeyd edib, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin Pakistan Milli Assambleyası tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qarşılıqlı həyata keçirilmiş və keçiriləcək yeni layihələr, əməkdaşlıq imkanları haqqında məlumat verən səfir, parlamentlərarası əlaqələrin daha da inkişafı istiqamətində hər iki ölkənin parlament rəhbərlərinin və dostluq qruplarının səylərinin zəruri olduğunu, Pakistan Milli Assambleyası ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

S.A.Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanla əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın Ermənistanı bir ölkə olaraq tanımadığını qeyd edən S.A.Sadiq Ermənistanın əks səylərinə baxmayaraq, Pakistanın Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.