İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Mübariz Qurbanlı: “Ermənilər yenə də uydurma xəbərlər yayırlar”

Mübariz Qurbanlı: “Ermənilər yenə də uydurma xəbərlər yayırlar”

26.10.2017

“Əlimizdə təkzibedilməz faktlar var ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində, zamanında Azərbaycan torpaqları olan indiki Ermənistan adlanan dövlətindəki tarixi abidələrimizi kütləvi sürətdə dağıdır”.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin Moskvada keçirilən görüşündə imzalanan bəyanatda əks olunan “hər iki tərəfdə dini abidələr dağıdılır” fikrinə münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, ermənilər Qafqaz Albaniyasına aid kilsələri də mənimsəməyə çalışırlar: “Bu bəllidir, erməni tərəfi həmin sənəddə məsələləri təhrif edərək bu cür məlumat yaymağa çalışır. Əslində o sənəddə Azərbaycan tərəfinə heç bir ittiham irəli sürülmür və Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində heç bir fakt yoxdur. Ermənilər həmişəki kimi yenə də uydurma xəbərlər yayırlar".