İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ceyms Uorlik: “Prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı

Ceyms Uorlik: “Prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı

12.08.2014

“Avqustun 10-da Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”.

Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Soçi görüşünün nəticələrinə dair APA-nın sorğusuna cavabında deyib.  

C. Uorlik prezidentlərin dialoqun davam etdirilməsi və münaqişənin sülh yolu ilə həll olunmasına dair öhdəliklərini təsdiqləməsindən xüsusilə məmnun qaldığını söyləyib: “Ümid edirik ki, təmas xəttində vəziyyət sabitləşəcək və tərəflər siyasi iradəyə arxalanaraq münaqişənin həllinin tapılmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləyəcəklər”