İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bəyannamə: "Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir"

Bəyannamə:

02.11.2017

Həll edilməmiş münaqişələr regional əməkdaşlıq üçün maneədir.

APA-nın Kremlin saytına istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda  İran prezidenti Həsən Ruhani, Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüşün yekunlarına dair qəbul edilən Birgə Bəyannamadə deyilir.

“Tərəflər bölgədə həll olunmamış münaqişələrin regional əməkdaşlıq üçün əhəmiyyətli maneə olduğunu təsdiqləyərək,  münaqişələrin beynəlxalq hüquq prinsipləri və normalarına uyğun olaraq, qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayırlar”, sənəddə vurğulanıb.

Həmçinin, tərəflər terrorizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin zəruriliyini qeyd ediblər.