İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Britaniyalı millət vəkili Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı müraciət edib

Britaniyalı millət vəkili Kəlbəcərdə girov götürülən azərbaycanlılarla bağlı müraciət edib

13.08.2014

Trend:

Azərbaycan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, millət vəkili Devid Liddinqtona məktubla müraciət edib.

Avropa-Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, məktubda deyilir ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov Dağlıq Qarabağ ərazisində yerləşən Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən saxlanılıb: "Bu iki şəxs nə Ermənistan, nə də BMT tərəfindən tanınmayan, lakin ermənilər tərəfindən "sərhəd" kimi iddia edilən Dağlıq Qarabağ ərazisinə ailələrinin məzarını ziyarət etmək məqsədilə daxil olublar. Lakin, onlar hüquqi müdafiə ilə təmin edilmədən saxlanılıb, daha sonra erməni telekanallarında "təxribatçı" kimi təqdim ediliblər. Onlara bir mülki şəxsin və bir hərbiçinin ölümündə ittiham irəli sürülüb. Ailə üzvlərinin məzarını ziyarət etmək üçün Dağlıq Qarabağa daxil olmuş digər azərbaycanlı, Həsən Həsənovun Şaplar kəndindəki əməliyyat zamanı öldürüldüyü Ermənistan qüvvələri tərəfindən bəyan edilib. Əminəm, Siz də razılaşarsınız ki, heç bir mülki şəxs öz evlərini ziyarət etmək istəyində olduğu üçün bu şəkildə rəftar görməməlidir. Yəni saxlanılmamalı, və yaxud öldürülməməlidir".

Məktubda bu şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən zəruri yardımın və konsulluq xidmətinin göstərilməsinin zəruriliyi vurğulanır: "Başa düşürəm ki, hazırda regionda həllini gözləyən daha böyük problemlər var. Lakin mən ümidvaram ki, Siz Böyük Britaniyaya dost ölkə olan və bu yaxınlarda münaqişənin yenidən alovlandığı Azərbaycan üçün bu məsələnin həllinin və üç şəxsin doğma evlərinə qaytarılmasının nə qədər mühüm olduğunu anlayışla qarşılayacaqsınız. Öldürüldüyü bildirilən cənab Həsənovun məsələsi ilə bağlı ümid edirəm ki, Siz Dağlıq Qarabağda əsas söz sahibi olan Ermənistan hakimiyyətini onun ölüm faktını təsdiq etməyə, nəşinin ailəsinə qaytarılması və ölüm səbəbəni araşdırmaq üçün bütün zəruri addımların atılmasına çağırasınız. Sizin cavabınızı gözləyir və ümid edirəm ki, Böyük Britaniya hökuməti məsələnin tezliklə həllinə səy göstərəcəkdir".