İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib

04.11.2017

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistan hərbi hissələrinin birində partlayış baş verib.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, saat 12:10 radələrində şimal-şərq istiqamətində hərbi hissədə tank əleyhinə qumbara partlayıb.

Ermənistan silahlı qüvvələrinin hərbçisi 1997-ci il təvəllüdlü Qrant Manqasaryan ölüb. Daha 2 hərbçi qəlpə yarası alıb.