İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanlılar BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində səylərini artırmağı gözləyir

Azərbaycanlılar BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində səylərini artırmağı gözləyir

07.11.2017

Azərbaycanlılar BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində səylərini artırmağı gözləyir.

Trend-in məlumatına görə, bunu millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva BMT Baş katibinin qadınların iqtisadi hüquqları üzrə əlaqələndiricisi və nümayəndəsi Marianne Olesen, BMT-nin Şərqi və Cənubi Afrika qadınları üzrə regional direktoru Dr. İzeduva Dereks-Briggs və BMT-nin Qadınların iqtisadi hüquqları üzrə keçmiş nümayəndəsi Meq Couns ilə görüşdə deyib.

Millət vəkili BMT rəsmilərinə işğalçı Ermənistanın 1 milyon azərbaycanlının 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə məlumatar verib.

Millət vəkili bütün azərbaycanlıların BMT-dən Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini daha da artırmalarını gözlədiklərini bildirib. Q.Paşayeva görüş zamanı 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün, 100 minlərlə qaçqın və məcburi köçkün qadının BMT-dən onların Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində öz səylərini daha da artırmasını gözlədiklərini onların diqqətinə çatdırıb.

Q.Paşayeva onlara Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı da BMT nümayəndələrinə geniş məlumatlar verib.