İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

NATO PA-nın seminarında Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib

NATO PA-nın seminarında Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib

08.11.2017

NATO Parlament Assambleyasının Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən 96-cı Rouz-Rout seminarında Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib.

Seminarda iştirak edən Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Trend-ə bildirib ki, çıxışı zaman beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşdığını qeyd edib.

Deputat bildirib ki, başqa ölkələrlə bağlı qətnamələr qəbul ediləndə, dərhal onun icra mexanizmi də tapılır və tədbirlər görülür:

“Çıxışımda bildirdim ki, Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, bir milyondan artıq həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin indiyə qədər bu qətnamələr icra edilməyib. Söhbət Dağlıq Qarabağ məsələsinə, Azərbaycan ərazilərinin işğalına gələndə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir, bu məsələyə laqeyidlik edirlər, “bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur” deməklə canlarını qurtarmağa çalışırlar. Bildirdim ki, bu tamamilə yanlış fikirdir. Əgər hər hansı bir təşkilat bu məsələnin sülh yolu ilə həllinə töhfə verə bilərsə, buna hər hansı bir məhdudiyyət və ya qadağa qoyulmayıb”.

M.İbrahimqızı bildirib ki, beynəlxalq təşkilatların bu cür yanaşması ikili standartların təzahürüdür.