İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Azərbaycan ordusunun şəhid verməsi ürəyimizi sızladıb”

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Azərbaycan ordusunun şəhid verməsi ürəyimizi sızladıb”

13.08.2014

“Azərbaycan və Ermənistan arasında baş verənləri izləyirik”. Bu sözləri APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl deyib.

APA-nın “Son həftələrdə Qarabağ cəbhəsində Ermənistan işğalçı siyasətini yenidən nümayiş etdirərək milli ordumuzun əsgərlərini şəhid etdi. Prosesləri izləyirsinizmi?” - sualına N. Özəl belə cavab verib: “Azərbaycan ordusunun şəhid verməsi ürəyimizi sızladıb. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Gülhanə Hərbi Tibb Akademiyamıza göndərilən yaralılar bizə əmanətdir, bizim daimi nəzarətimizdədir. Azərbaycanın müdafiə naziri ilə lazımi yazışmaları aparır, gərəkli məsləhətləşmələri edirik. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.