İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyi davam edəcək - ordu generalı

Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyi davam edəcək - ordu generalı

16.11.2017

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Trend-ə səfirlikdən verilən məlumata görə, görüşdə təcavüzkar Ermənistanın Azərbaycana qarşı vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi, Azərbaycan və Pakistanın silahlı qüvvələri arasında hərbi-texniki sahədə əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması və yeni birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb, ordu generalı Zubair Mahmud Hayatın Azərbaycana nəzərdə tutulan səfəri müzakirə edilib.

Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zübair Mahmud Hayat Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin həll olunmaması nəticəsində günahsız insanların daim həyatını itirdiyini, Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin davam edəcəyini və Azərbaycana səfəri zamanı iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın daha da genişləndirilməsi və artırılması imkanlarının müzakirə olunacağını vurğulayıb.