İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

19.11.2017

Rusiya xarici işlər naziri Sergey Lavrov 20-21 noyabr tarixlərində Ermənistana səfər çərçivəsində bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək.

APA-nın məlumatına görə, bu,  Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib ki, S. Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə ediləcək.  S. Lavrov görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edəcək.

Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri arasında 2018-2019-cu illər üçün məsləhətləşmə planının da imzalanması gözlənilir.