İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Cəmil Çiçək: “Minsk Qrupunun adı var, özü yoxdur”

Cəmil Çiçək: “Minsk Qrupunun adı var, özü yoxdur”

14.08.2014

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Ankarada müalicə olunan Azərbaycan əsgərlərinə və fələstinli yaralılara baş çəkib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Çiçək Qəzzadan gətirilmiş yaralılarla görüşdə onların vəziyyəti ilə maraqlanaraq dərdlərini bölüşdüyünü bildirib.

Yaralı Azərbaycan əsgərləri ilə görüşən və onlara şəfalar arzulayan TBMM sədri daha sonra KİV nümayəndələrinə açıqlamasında yaralıların iki insanlıq dramı nəticəsində Türkiyəyə gətirildiyini deyib: “İstər Fələstin, istərsə də Azərbaycanın Qarabağ problemi ilə bağlı mövqeyimiz bəllidir. Ermənistanın hüquq tanımayan siyasəti üzündən 1 milyon azərbaycanlı öz yurdundan-yuvasından didərgin düşüb. Böyük sıxıntılar içərisində yaşamağa davam edirlər. Dünya birliyi isə bu məsələyə biganə yanaşır. Amma demokratiyadan danışmaqdan da geri qalmırlar. Minsk Qrupu adlı bir qrup yaradılıb. Adı var, özü yoxdur. İnsanlar əzab çəkir”.

Xatırladaq ki, Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə aparılıblar.