İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

ABŞ eksperti: Ermənistan hökuməti bütün dünyaya təhdiddir

ABŞ eksperti: Ermənistan hökuməti bütün dünyaya təhdiddir

28.11.2017

Ermənistan hökuməti bütün dünyaya təhdiddir.

Trend-in məlumatına görə, bunu ABŞ-dan olan siyasi təhlilçi Piter Teys Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycan xalqına çox əziyyətlər verib, Azərbaycanın etno-mədəni irsini dağıdıb, ölkənin ətraf mühitinə böyük zərər verib:

"Təəssüflər ki, Azərbaycan terrorist hökuməti olan Ermənistanla qonşudur. Mən öz araşdırmama əsasən deyə bilərəm ki, Ermənistan hökuməti Avropaya, bütün dünyaya bir təhdiddir. Təəssüflər olsun ki, Avropa İttifaqı, ABŞ və dünyanın əsas gücləri Ermənistan tərəfindən günahsız Azərbaycan xalqına qarşı törədilən bütün bu insanlıq əleyhinə zorakılıqlar qarşısında susqunluq nümayiş etdirirlər. Mən dünya ictimaiyyətini Ermənistanın faşist rejimi tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərə diqqət yetirməyə çağırıram”.