İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əfqanıstan səfiri: “Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

Əfqanıstan səfiri: “Qarabağ məsələsində Azərbaycanın yanındayıq”

28.11.2017

Dağlıq Qarabağ faciəsinin ilk günlərindən əfqan xalqı Azərbaycanın yanında olub”.  

APA-nın məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Əfqanıstan bu təcavüzə qarşı BMT və digər platformalarda səsini ucaldıb: "Biz hökumət terroruna qarşıyıq və terrorun bütün təzahürlərini pisləyirik. Azərbaycanın yanındayıq. Dağlıq Qarabağ məsələsində  islam ölkələri də Azərbaycana dəstəyini davam etdirəcək".