İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident: “Şərq Tərəfdaşlığı sammitinin Bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü bir daha dəstəkləndi”

Prezident: “Şərq Tərəfdaşlığı sammitinin Bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü bir daha dəstəkləndi”

28.11.2017

“Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində hər cür şərait yaradılıb. Məcburi köçkünlərin problemlərinin həlli dövlətin əsas vəzifələrindən biridir”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdə deyib.

Dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan işlərin əhəmiyyətini vurğulayıb: “Ötən ilin aprelində Azərbaycan ordusunun qazandığı qələbə ərazi bütövlüyümüzü bərpa edəcəyimizə təminat verib. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bunu təsdiq edən mühüm faktlardan biri ermənilərin Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı 1978-ci ildə abidə ucaltmalarıdır. Bununla bağlı tarixi həqiqətlər bütün dünyaya çatdırılıb. Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun Bəyannaməsində üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqləndi və dəstəkləndi”.