İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Rusiyalı tarixçi: "Rusiyada erməni terrorizmi təhlükəsi yüksəkdir"

Rusiyalı tarixçi:

30.11.2017

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunda rusiyalı tarixçi, politoloq, qafqazşünas Oleq Kuznetsova beynəlxalq terrorizmlə,  o cümlədən erməni terrorizmi ilə mübarizə sahəsində elmi tədqiqatların geniş miqyasda aparılmasına, separatçıların cinayətkar fəaliyyətlərini beynəlxalq hüquq və milli qanunvericilik kontekstində ifşa etməsinə görə İnstitutun "Fəxri professoru" mükafatının verilməsi və "XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva erməni terrorizminin nəticələri, Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalı, erməni terrorçuların mülki əhaliyə qarşı vəhşiliyi və O. Kuznetsovun erməni terrorizmi ilə mübarizəsindən bəhs edib.

"XX əsrdə transmilli erməni terrorunun tarixi" kitabından söz açan O. Kuznetsov deyib ki, 2015-ci ildə bu kitabın Rusiyada nəşrinə icazə verilməyib. Təqiblərlə üzləşən O. Kuznetsov 4 ay Azərbaycanda yaşamaq məcburiyyətində qaldığını, nəhayət, 2016-cı ildə Moskvada kitabın nəşr edildiyini nəzərə çatdırıb. Erməni diasporunun təqib və təzyiqi ilə üzləşdiyini söyləyən O. Kuznetsov erməni diasporunun nümayəndələrinin onun cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya hüquq-mühafizə orqanlarına müraciət etdiklərini qeyd edib. Kitabda terrorizm çağırışları olmadığını, terrorizmin pisləndiyini vurğulayan tarixçi deyib ki, təşkilatlanmış erməni diasporu hər bir ölkənin təhlükəsizliyi üçün təhdiddir. Rusiyanın da bu baxımdan təhdidlə üzləşdiyini söyləyən O. Kuznetsov qeyd edib ki, Rusiyada erməni terrorizmi təhlükəsi yüksəkdir.

O. Kuznetsov Rusiyada onun cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edən erməni diasporunun nümayəndələrinin adında dostluq sözü olan müxtəlif təşkilatlarda təmsil olunduqlarını və bunun əslində diqqəti yayındırmaq məqsədi daşıdığını bildirib: "Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsini alovlandırmaq Ermənistanın marağındadır. Çünki bu halda Rusiyanın Ermənistan, Türkiyənin Ermənistan tərəfdən müharibəyə qoşulacağına və bununla ermənilərin ümumi marağının təmin olunacağını düşünürdülər. Yaxşı ki, Rusiya ermənilərin bu niyyətini başa düşdü və Cənubi Qafqazda müharibə alovlanmadı".

O. Kuznetsov Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanı faşist dövlət adlandırmasının həqiqəti əks etdirdiyini vurğulayıb.

Sonra O. Kuznetsova AMEA Hüquq və İnsan Haqları İnstitutunun"Fəxri professoru" mükafatı təqdim edilib.