İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

QDİƏT sessiyasında ermənilərin etirazları nəticəsiz qaldı

QDİƏT sessiyasında ermənilərin etirazları nəticəsiz qaldı

30.11.2017

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Kiyev şəhərində keçirilən 50-ci sessiyasında qəbul edilən bəyannaməyə Ermənistan nümayəndə heyətinin etirazı nəticəsiz qalıb.

Bunu Trend-ə sessiyada iştirak edən Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, bəyannamədə quruma üzv ölkələrin ərazi bütövlüyünün bərpa edilməsi, işğal altında olan torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsi ilə bağlı bənd öz əksini tapıb və bu, Ermənistanın QDİƏT-in sessiyasında iştirak edən nümayəndə heyətini razı salmayıb.

Ə.Amaşov bildirib ki, ermənilər həmin bəndin çıxarılmasını tələb ediblər, lakin əksəriyyət bu bəndin bəyannamədə əksini tapmasına razılığını bildirdi: “Ermənilər artıq görəndə ki, bu bənd bəyannamədə əksini tapacaq, iclas zalını tərk etdilər”.

Deputat vurğulayıb ki, ermənilər həmin sessiyada başqa təkliflərlə də çıxış ediblər, lakin onların irəli sürdüyü heç bir təklif qəbul edilməyib: “Təşkilatın tarixində ilk dəfə belə bir bəyannamə qəbul olundu və bu, Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bəyannamədir. Ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin həllində bu sayaq bəyannamələr hüquqi baza xarakteri daşıyır. Azərbaycan nümayəndə heyəti sessiyada kifayət qədər aktiv iştirak etdi və bu bəyannamənin qəbul edilməsi Azərbaycanın uğurudur”.