İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”

İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”

04.12.2017

“Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik”. 

Bu sözləri APA-nın Tehran müxbirinə açıqlamasında İran parlamentinin Urmiyadan olan üzvü Seyid Hadi Bahaduri İran mətbuatında qondarma “DQR”-in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib.

H. Bahaduri M. Mailyanın fikirlərini tənqid edərək bildirib ki, onun bu addımı qərəzli, düşüncəsiz və qeyri-diplomatikdir: “Mən rəsmi şəkildə işğal olunmuş ərazilərdə hər hansı fəaliyyətin, artıq hərəkətlərin olmasını pisləyirəm və ölkənin aidiyyəti qurumlarından gözləyirəm ki, bu sahədə addımlar atsınlar. “Şərq” qəzeti də ölkənin milli təhlükəsizliyinin əksinə davranaraq demokratiya adı ilə problem yaratmamalıdır”.

H. Bahaduri İran və Azərbaycan arasındakı mövcud əlaqələrə toxunaraq deyib ki, xüsusilə iqtisadi sahədə əməkdaşlıq perspektivləri böyükdür və bu əməkdaşlıq gücləndirilməlidir: “İqtisadi və təhlükəsizlik baxımından əməkdaşlığı inkişaf etdirmək hər iki ölkənin xeyrinədir. Azərbaycanda əməkdaşlıq üçün geniş potensial var”.

Qeyd edək ki, İranda islahatçılar düşərgəsinə yaxın olan “Şərq” qəzeti şənbə günü  qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsini dərc edib.