İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT müşahidəçilərinin sayının artırılması üçün iş aparılır"

Nazir:

09.12.2017

"ATƏT sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏTmüşahidəçilərinin sayının artırılması üçün praktik parametrlərin razılaşdırılması istiqamətində çalışır".

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, təmas xəttində ATƏT müşahidəçilərinin sayının artırılması məsələsi 2016-cı ilin mayında Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada həmsədr ölkələrin xarici işlər nazirləri ilə birgə toplantısında və iyunda Sankt-Peterburqda hər iki ölkə prezidentinin və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə müzakirə edilib: “Bundan sonra razılaşma prinsipial olaraq ATƏT-ə ötürülüb”.