İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: “Ermənistandan böyük köç başlayıb”

Əli Həsənov: “Ermənistandan böyük köç başlayıb”

11.12.2017

“Artıq ermənilər Azərbaycan dövlətinə, onun siyasətinə uduzurlar”. 

APA-nın xəbərinəm görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Komitə sədri bildirib ki, ermənilərin tikdiyi “Marağa - 150” abidəsi onların bu ərazilərə köç etməsini təsdiqləyir.

“Bütün sənədlər toplanıb və burdadır. Əvvəllər şifahi deyilirdisə, indi bunu sənədlərlə sübuta yetiririk. Artıq onların yaydıqları yalana dünya ictimaiyyəti inanmır. 1828-ci ildə Türkmənçay sülh müqaviləsindən sonra İranın Marağa kəndindən erməni ailələrinin köçürüldüyünü təsdiq edən bir abidədir. Bir zamanlar bütün dünyadan ermənilər Azərbaycan torpaqlarına köçürülürdüsə, indi Ermənistandan böyük köç başlayıb. Çoxlu sayda erməni ailəsi ölkəni tərk edir”, - deyə o əlavə edib.