İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Deputat: Terrorla mübarizədə ikili standartlar olmamalıdır

Deputat: Terrorla mübarizədə ikili standartlar olmamalıdır

12.12.2017

Millət vəkili Qənirə Paşayeva İraqın Baş naziri Heydər əl-Abadi ilə görüşüb.

Deputat Trend-ə bildirib ki, görüş İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumu çərçivəsində baş tutub.

Millət vəkilinin Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsi, bütün istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlı olması barədə fikirlərinə cavab olaraq, İraq baş naziri Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışdıqlarını deyib.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışan deputat, 1 milyon qaçqın və köçkünü olan və erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq, Azərbaycanın İraqın terrorla mübarizəsini dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva bildirib ki, terrorla mübarizədə ikili standartlar olmamalıdır.

O qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda bu məsələni xüsusi olaraq diqqətə çatdırır: "İraqda yaşayan türkmənlər Azərbaycanla İraq arasında möhkəm bağlardır".

Millət vəkili Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti ilə də bağlı məlumat verib.