İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Avropa Məhkəməsinin qərarı: Ermənistan azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməlidir

Avropa Məhkəməsinin qərarı: Ermənistan azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməlidir

12.12.2017

Avropa İnsan Haqları Məhkəməsinin Böyük palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi barədə yeni qərar verib.

Bu barədə Trend məhkəmənin saytına istinadən məlumat verir.

Qərarda bildirilir ki, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyana görə 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclərə görə 28 642 funt sterlinq təzminat ödəməlidir.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi barədə qərar çıxararaq şikayətçilərə qarşı Avropa İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı) və 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirmişdi. İş üzrə iddiaçılar azərbaycanlı məcburi köçkünlər Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940).