İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Siyavuş Novruzov: Ermənilərin Azərbaycan abidələrini öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır

Siyavuş Novruzov: Ermənilərin Azərbaycan abidələrini öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır

13.12.2017

Ermənilər Azərbaycan ərazilərinə köçdükdən sonra Azərbaycan xalqının və digər xalqların mədəniyyət abidələrini, mədəniyyətini, adət-ənənələrini, məişətini özününküləşdirməyə başladı.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

S.Novruzov bildirib ki, digər tərəfdən, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlər yaradır: “Ona görə də tarixi abidələrin qorunması istiqamətində işlər intensivləşdirilməlidir. Düzdür, UNESCO və ISESCO çərçivəsində abidələrin qorunması işi gedir, ancaq qeydiyyat məsələsinə xüsusi diqqət yetirilməlidir. Biz ermənilərin saxta qeydiyyat aparmasına qarşı mübarizə aparmalıyıq”.

S.Novruzov əlavə edib ki, müəllif hüquqlarının qorunması üçün qeydiyyat məsələsi vacib əhəmiyyət kəsb edir.

O bildirib ki, sovet vaxtı qeydiyyatdan keçməmiş hər hansı bir kitab, dərslik və s. nəşr edilə bilməzdi: “İndi isə kim nə istədi, nəşr etdirə bilir. Bir nəfərin yazdığı kitabı başqa bir şəxs kitabın üzlüyünü, redaktorların adını dəyişərək öz adına çıxarır. Digər tərəf isə sübut edə bilmir ki, bu kitab onundur. Əgər həmin kitab ərsəyə gələndə onun müəlliflik hüququ qeydiyyatdan keçərsə, digəri ondan istifadə edə bilməz”.