İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Hafiz Səfixanov: "Azərbaycan ərazi bütövlüyünün pozulması səbəbindən Ottava Konvensiyasına qoşulmur"

Hafiz Səfixanov:

17.12.2017

“2016-cı ilin sonuna olan məlumata əsasən Azərbaycanda rəsmi olaraq 2439 nəfər minaların təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfəri ölüb, 2056 nəfəri yaralanıb”.
 
APA-nın məlumatına görə, bunu  Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfxanov deyib. O bildirib ki, 2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfəri həlak olub, 1-i yaralanıb: “Ötən ilin sentyabrından bu ilin noyabrına qədər olan hesabat dövründə dünya üzrə 2,2 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır. Hesabat dövründə 8605 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir, onların 2089 nəfəri ölüb. Ən çox qurbanlar Əfqanıstan, Liviya, Ukrayna və Yəməndə qeydə alınıb. Mina qurbanlarının 78 faizi mülki şəxslərdir, bunların 42 faizi uşaqlar, 16 faizi qız və qadınlardır. 1999-cu ildən son hesabatadək 111 min insanın mina qurbanı olduğu qeydə alınıb ki, onların da təxminən 30 min nəfəri həlak olub”.  
 
Birlik sədri qeyd edib ki, Azərbaycan minaların qadağan olunmasını nəzərdə tutan müqaviləyə qoşulmayıb:  “Rəsmi olaraq bildirilib ki, bu müqavilənin məqsədlərini, o cümlədən də minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən Ottava Konvensiyasına qoşula bilmir.  Azərbaycan təcavüzə məruz qalmasına baxmayaraq, əlavə minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla konflikt həll olunduqdan sonra Ottava Konvensiyasına qoşula bilər. Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Mina ehtiyatı sovet dövründən qalmadır. Rəsmi şəxslər bildiriblər ki, 1994-cü ildən, yəni k
onfliktin açıq fazası dayandıqdan sonra, piyadalar əleyhinə minalardan istifadə etmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu tam istisna etmək də olmaz”.