İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Pərviz Musayev: Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib

Pərviz Musayev: Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib

18.12.2017

Ermənistanın təcavüzü nəticəsində Azərbaycan böyük miqrasiya problemi ilə üzləşib.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra azərbaycanlı olduğuna görə, təqribən 300 minə yaxın azərbaycanlı Ermənistandan qovulub: “Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində isə 700 minə yaxın həmyerlilərimiz məcburi köçkün vəziyyətinə düşüb”.

Rəis müavini bildirib ki, Azərbaycan bu proseslərin öhdəsindən layiqincə gəlib: “Avropa ölkələri sayca az olan miqrantların öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Amma Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemini təkbaşına həll edir. Azərbaycan heç zaman öz torpaqlarının işğalı ilə barışmayacaq”.