İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Məsimli: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli digər münaqişələrin də həllinə yol açacaq”

Əli Məsimli: “Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli digər münaqişələrin də həllinə yol açacaq”

18.12.2017

Dağlıq Qarabağ münaqişəsinin beynəxlalq hüquq çərçivəsində ədalətli və tezliklə həlli GUAM-da mövcud digər münaqişələrin də aradan qaldırılmasına yol açacaq”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin üzvü Əli Məsimli PA-nın Tbilisidə keçirilən 10-cu illik sessiyasında çıxışında deyib. O bildirib ki, 2016-cı aprelində təmas xəttində baş vermiş döyüşlər göstərdi ki, Ermənistana xaricdən dəstək olmasa, Azərbaycan işğal altındakı torpaqlarını bir neçə günə azad edə bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil. ATƏT-in Minsk qrupu fəliyyətini daha da  gücləndirməlidir”.
 
Ə. Məsimlinin sözlərinə görə, GUAM ölkələrinin əsas problemi ərazi bütövlüyü ilə bağlıdır: “GUAM ölkələri üçün beynəxlalq dəstək çox vacibdir. Ona görə də ərazi bütövlüyünün bərpası üçün beynəlxalq aləm tərəfindən yeni effektiv mexanizmlər tətbiq olunmalıdır”.
 
Regionda həyata keçirilən genişmiqyaslı iqtisadi layihələrə toxunan Ə.Məsimli qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu regionun iqtisadi inkişafına böyük təkan verəcək:  “Bu layihədən Ermənistan da faydalana bilərdi. Lakin təəssüf ki, Ermənistan Qarabağ tələsinə düşüb və siyasi oyunların obyektinə çevrilib”.