İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çavuşoğlu: Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca, münasibətlərin normallaşması mümkün deyil

Çavuşoğlu: Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca, münasibətlərin normallaşması mümkün deyil

20.12.2017

"Ermənistan bizim şərtimizi yerinə yetirməyincə, Azərbaycan torpaqlarından çıxmayınca, münasibətlərin normallaşması mümkün deyil".

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, Xocalı qətliamını törədib. Biz Azərbaycanın münaqişənin nizamlanması ilə bağlı qəbul edəcəyi hər bir formulu dəstəkləyəcəyik. Biz Ermənistanla münasibətlərin normallaşması üçün bir şərt qoyduq ki, Ermənistan Azərbaycan torpaqlarından çıxacaq və bundan sonra münasibətlər normallaşa bilər".