İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Aİ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrarlayır

Aİ Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə olan dəstəyini təkrarlayır

20.12.2017

Azərbaycan Avropa İttifaqı (Aİ) üçün mühüm tərəfdaşdır və biz onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünu dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu Aİ-nin sözçüsü təşkilatın ATƏT-dəki nümayəndəliyinin fərqli mövqeyi ilə bağlı Trend-in sorğusuna cavabında bildirib.

Aİ-nin sözçüsü qeyd edib ki, təşkilat Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyi Prezident Donald Tusk Prezident İlham Əliyevin 2017-ci ilin fevral ayında Brüsselə etdiyi səfər zamanı da ifadə edib.

Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, Aİ rəsmisinin sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün Aİ-nin hərtərəfli və fəal iştirakı şübhəsizdir: "Biz bu fəaliyyətimizi əsasən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəmiz vasitəsilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli üçün göstərdikləri səyləri dəstəkləməklə və öz əlavələrimizi etməklə yerinə yetiririk".

Təşkilatın sözçüsü qeyd edib ki, Aİ münaqişənin həlli yolunda etimad və sülhün bərqərar olmasına kömək edir və bu istiqamətdə Dağlıq Qarabağ Münaqişəsinin Sülh Yolu ilə Həlli Naminə Avropa Tərəfdaşlığı proqramını həyata keçirir.