İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan səfiri Ukraynanın tanınmış telekanalına Ermənistanın işğalçılıq siyasətindən danışdı

Azərbaycan səfiri Ukraynanın tanınmış telekanalına Ermənistanın işğalçılıq siyasətindən danışdı

21.12.2017

Azərbaycan səfiri Ukraynanın tanınmış telekanalına Ermənistanın işğalçılıq siyasətindən danışıb

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir.

Trend-in məlumatına görə, bu fikri Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın “5-ci kanal”ına müsahibəsində deyib.

Səfir qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır və bu istiqamətdə siyasətini davam etdirir:

 

“Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ ki münaqişə öz ədalətli həllini tapmayıb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və bu günə qədər vəziyyət dəyişməz qalıb”.

Jurnalistin Azərbaycan-Ukrayna münasibətlərinə dair jurnalistin sualını cavablandıran A.Xudiyev bildirib ki, iki ölkə arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir. Bu il ticarət dövriyyəsi ötən illə müqayisədə artıb.

Səfir hesab edir ki, iqtisadi sahədə potensial daha böyükdür, ona görə də hər iki ölkənin iş adamları investisiya yatırımlarını daha da artırmalıdırlar.