İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb

Müdafiə naziri ön xətt bölmələrinin döyüşə hazırlıq vəziyyətini yoxlayıb

26.12.2017

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub.

APA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, məruzələri dinlədikdən sonra müdafiə naziri üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə yerində tanış olub. 

Sonra hərbi hissələrdən birinin yeni inşa edilən dayaq məntəqəsinin, digər hərbi hissədə isə hərbi texnika üçün nəzərdə tutulmuş avtoparkın açılışını edən nazir, hərbi texnikanın döyüşə hazırlıq səviyyəsini yoxlayıb.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb, xidmətdə fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.