İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə ev verilib

Bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsinə ev verilib

26.12.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Ağdam və Ağcabədi rayonlarında inşa etdirilmiş 9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, cari ildə də ölkəmizdə bütün sosial proqramların uğurlu icrası təmin olunub. Sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər, onların pensiya və müavinətlərlə, müvafiq təbəqələrdən olan vətəndaşların Prezidentin aylıq təqaüdləri ilə təminatı, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyası və digər sahələrdə işlər uğurla davam etdirilib. Mühüm sosial proqramlardan biri olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi istiqamətində də növbəti məqsədyönlü addımlar atılıb.

Ağdam və Ağcabədi rayonlarında yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirlərində Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davamı kimi, cari ildə nazirlik tərəfindən 55-ə yaxın rayon və şəhərdə yeni fərdi yaşayış evləri, habelə hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər bu təbəqələrdən olan insanlara təqdim edilib. Ağdam və Ağcabədi rayonlarında bu sahədə məqsədyönlü işlər aparılır. 2014-2017-ci illərdə ƏƏSMN hər iki rayonda əlavə olaraq 40 ədədə yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

Tədbirlərdə yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri sosial müdafiə sisteminin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər.