İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Qırğızıstan İslamabad bəyannaməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddəsini dəstəkləyir

Qırğızıstan İslamabad bəyannaməsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddəsini dəstəkləyir

27.12.2017

Qırğızıstan İslamabad bəyannaməsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddəsini dəstəkləyir.

Trend-in məlumatına görə, bir müddət əvvəl Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyinə ölkənin bu ilin mart ayında İslamabadda keçirilimiş ECO sammitinin yekun bəyannaməsinin siyasi maddələrinə qatıldığı barədə nota göndərmişdi.

Bu amil onu ifadə edir ki, Qırğızıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin Azərbaycanın əraz bütövlüyü çərçivəsində həlli ilə bağlı maddəni dəstəkləyir.