İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Karasin: "Azərbaycan və Ermənistan XİN başçılarının yanvar görüşünün nəticəli olmasında maraqlıyıq"

Karasin:

27.12.2017

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "İnterfaks"a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Q. Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirildiyini xatırladıb: "Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT XİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil olundu. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu, hansılar ki, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".

Nazir müavini rəsmi Moskvanın gələn ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışladığını söyləyib: "Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. Yerevan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub".