İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Yeni sədr: ATƏT-in dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcəyik

Yeni sədr: ATƏT-in dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcəyik

03.01.2018

İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə təşkilatın dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək.

Trend ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

A.Alfano qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də səylər davam etdiriləcək:

"İtaliya uzun müddətdir davam edən münaqişələrin nizamlanması üçün mövcud formatlar vasitəsilə ATƏT-in fəaliyyətini gücləndirəcək. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində üç həmsədr ölkə ilə birgə səylərimizi davam etdirəcəyik".

Qeyd edək ki, İtaliya 2018-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik edir.