İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazirdən bədbin proqnoz: Ermənistan iqtisadiyyatı quruyub

Baş nazirdən bədbin proqnoz: Ermənistan iqtisadiyyatı quruyub

03.01.2018

Ermənistan iqtisadiyyatı iflasa uğrayıb. Trend-in məlumatına görə, bunu Ermənistanın Baş naziri Karen Karapetyan yerli mətbuata müsahibəsində deyib.

K.Karapetyan ölkə iqtisadiyyatını qurumuş tarla ilə müqayisə edərək iflasa uğradığını bildirib: "2018-ci il Ermənistan üçün daha ağır il olacaq. Bu il biz gələcək artım üçün bir çox zəruri əsasları yarada bilmədik. Buna misal olaraq, 2017-ci illə müqayisədə kapital xərclərini 70 faiz artırdığımızı deyə bilərik".

Yoxsulluq səviyyəsinin azaldılmasından da danışan Baş nazir qeyd edib ki, yaxın iki il ərzində bu sahədə yaxşı nəticə gözləməyə dəyməz.