İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Dövlət başçısı: “Keçən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb”

Dövlət başçısı: “Keçən il 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb”

10.02.2018

“Keçən il infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılıb”. 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib. 

Dövlət başçısı deyib ki, elektrik təchizatı yaxşılaşdırılıb, bölgələrdə qazlaşdırma işləri sürətlə aparılıb: “Keçən il kənd təsərrüfatının inkişafı üçün önəmli tədbirlər görülüb. Bundan əlavə, keçən il 1300 km avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol çəkilib. İçməli su layihələri uğurla icra edilib. 133 yeni məktəb və 30 tibb müəssisəsi tikilib və ya əsaslı təmir olunub, iki olimpiya kompleksi istifadəyə verilib”.

Prezident İlham Əliyev qeyd edib ki, məcburi köçkünlərlə bağlı məsələ də həllini tapıb, 2300 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Şıxarx qəsəbəsində aparılan quruculuq işləri böyük əhəmiyyət daşıyır”.